90-cı illərin məşhur türk modellərindən olan Sinem Üretmen dünyasını dəyişib.
OLAY yazır ki, 51 yaşlı Sinem müğənni Burak Kutun “Bebeğim” mahnısının klipi ilə tanınıb. Üretmen ekran işində ifaçının mərhum sevgilisi obrazını canlandırıb.
Xatırladaq ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən model evli olub, onun iki övladı var.