“Friend” serialındakı obrazı ilə tanınan aktyor Metyu Perri keçmişdə həmkarı Culiya Robertslə münasibətini niyə bitirdiyini açıqlayıb.
OLAY yazır ki, Perri bildirib ki, Culiyanı bəyəndikdən sonra ona hər gün faks göndərib. Bir müddət sonra isə onların iki ay davam edən münasibəti başlayıb.
Aktyor qeyd edib ki, Robertsin onu tərk edəcəyindən qorxduğu üçün iki aydan sonra münasibətlərinə son qoyub.
“Onu itirməyin acısı ilə üzləşmək əvəzinə, gözəl Culiya Robertsdən ayrıldım”, - deyə, Perri vurğulayb.