Fotosessiya
Fotosessiya

Ebru 15 il sonra peşəsinə qayıdır

Ebru 15 il sonra peşəsinə qayıdır

Müğənni Ebru Polat fasilə verdiyi vəkillik peşəsinə qayıtmaq qərarına gəlib.

OLAY yazır ki, sənətçi bu barədə instaqramda məlumat paylaşıb.

“Gələn həftədən etibarən “vəkil xanım” deyəcəksiniz. 15 ildən sonra peşəyə geri dönüş...”, - deyə, ifaçı vurğulayıb.

Ebru eyni zamanda musiqiyə davam edəcəyini də qeyd edib.