Aktyor Mixail Yefremovun keçmiş müdafiəçisi, azərbaycanlı vəkil Elman Paşayev Şimali Osetiya Vəkillər Kollegiyası Şurasının (AP RSO-Alaniya) onu vəkillik statusundan məhrum etdiyini təsdiqləyib.
OLAY yazır ki, E. Paşayevin sözlərinə görə, bu, 20 il əvvəl status alarkən pozuntunun müəyyən edilməsi ilə bağlı olub.
“Mən özüm dünən Şuranın komissiyasında idim. Sənədlərdə göstərildiyi kimi, heç bir şikayətim yoxdur. Amma nədənsə 20 ildən sonra yadlarına düşdülər ki, ixtisas komissiyasının sədrləri vəkil alınarkən qanun pozuntusu aşkarlanıb. 20 ildən sonra”.
E. Paşayev vurğulayıb ki, vəkillik statusundan məhrum edilməsi onun üçün problem deyil və bərpa etmək üçün yenidən imtahan verəcək.
Qeyd edək ki, vəkil 2020-ci ildə sərxoş halda ölümlə nəticələnən qəzanın günahkarına çevrilən aktyor Mixail Efremovun məhkəməsi zamanı şöhrət qazanıb. Sənətçi 8 il müddətinə azadlıqdan məhrum edilib.