Kardaşyanlar ailəsi növbəti dəfə sosial şəbəkələrdə tənqid edilib.
OLAY yazır ki, buna səbəb Kima Kardaşyanın anası Kris Cennerlə bağlı açıqlaması olub.
Kim deyib ki, ombasına protez qoyulan Cennerin bədənindən çıxarılan parçalarla zinət əşyası düzəltdirmək istəyir.
Kris isə qızına cavab olaraq “Mən öləndən sonra cəsədimi yandırıb, küllərimdən boyunbağı hazırlatdırarsınız” deyib.
Bu açıqlamaları istifadəçilər qəzəblə qarşılayıb. Onlar bunun düzgün olmadığını bildiriblər.