Uraz Kaygılaroğlunun instaqram “story” bölməsində paylaşdığı foto müzakirəyə səbəb olub.
OLAY yazır ki, aktyorun dırnaq boyasından istifadə etməsi bir çox izləyicilər tərəfindən tənqid edilib.
Daha sonra Uraz sözügedən fotonu instaqram hesabında post edərək bu sözləri qeyd edib:
“Fikirlərə hörmət edirəm, ancaq təhqirlər qəbuledilməzdir. Qəzəbləndim, açığı incidim… İş həyatımda bugünki günə bu dırnaqlarla qazıya-qazıya gəlmişəm. Ona görə də dırnaqlarımı necə və hansı rəngdə boyayacağıma da özüm qərar verəcəyəm. İşiniz uğurlu olsun”.
Xatırladaq ki, U. Kaygılaroğlu daha əvvəl də dırnağına boya çəkdiyi üçün gündəmə gəlmişdi. Sənətçi qızı Adanın istəyi ilə bunu etdiyini açıqlamışdı.