Fotosessiya
Fotosessiya

Orxan şəhidin arzusunu yerinə yetirdi

Orxan şəhidin arzusunu yerinə yetirdi

Amerikada yaşayan azərbaycanlı reper Orxan Zeynallı ölkəsinə qayıdıb.

OLAY yazır ki, reper Azərbaycana dönər-dönməz Mingəçevirə yola düşərək, şəhid olan Əzəmi Hüseynovun arzusunu yerinə yetirib.

Bu arədə Orxan instaqramda paylaşım edib.

“2 il öncə məhz bu gün-8 oktyabr, Əzəmi Hüseynov döyüşdən öncə səngər yoldaşına bir gün mənimlə görüşməyi arzuladığını demişdi. Həmin gecə Əzəmi haqq dünyasına qovuşsa da, onun istəyini mənə çatdırdılar. Ailəsi ilə də danışanda Azərbaycana gələr gəlməz onun məzarını ziyarət edəcəyimə söz vermişdim. Könül istərdi ki, Əzəmi ilə Mingəçeviri dostca gəzək, yemək yeyək və söhbət edək, lakin onun ehsanını yeyib ailəsinin, dostlarının onun gözəl ürəyi haqda danışıqlarını dinləmək qismət oldu. Əzəmi bətndə olarkən anası və bacıları Şuşanı məcbur tərk ediblər. Özü isə 3 ay sonra dünyaya gəlib. 28 il sonra, Şuşa alınandan 1 ay öncə isə şəhid olub. Sənin ata yurdun sayəndə azaddır və bir igidin ömrü qədər çəkən həsrətə sənin kimi qəhrəmanlar son qoydu. Ruhun şad olsun, dostum!”, - deyə, o qeyd edib.