Müğənni Dilarə Kazımova yeni fotosessiyasını təqdim edib.
OLAY yazır ki, sənətçi bu dəfə iti Simba ilə kamera qarşısına keçib. Onun şəkillərini fotoqraf Orxan Aslanov lentə alıb.
Fotoları instaqramda paylaşan Dilarə bu sözləri yazıb:
“Küçələr sahibsiz heyvanlarla doludur. Mağazalardan almayın! Məsələn, Simba küçədə tapıldı və onu evə götürdüm. İndi Simba ən sevimlimdir. Onların da yaşamağa haqqı var”.