Fotosessiya
Fotosessiya

Aygün Kazımova “Zəfər” üçün səhnədə… - FOTOLAR

Aygün Kazımova “Zəfər” üçün səhnədə… - FOTOLAR

Xalq artisti Aygün Kazımova Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan “Zəfər yarmarkası”nda konsert proqramı ilə çıxış edib. 

OLAY yazır ki, pop ulduz xalq konsertində səhnəyə çıxaraq pərəstişkarlarına unudulmaz anlar yaşadıb.  Müğənni əraziyə toplaşmış vətəndaşlar üçün həm vətənpərvər, həm də hitə çevrilən musiqilərini səsləndirib. 

Sözügedən musiqili gecədə Kazımovadan əlavə, "Rast" qrupu səhnə alıb. Həmçinin "Cəngi" qrupu da öz ifalarını tamaşaçılar üçün səsləndirib.

Qeyd edək ki, oktyabrın 29-dan start götürən yarmarkada qida məhsulları, kitab və hədiyyəlik əşyalar satışa təqdim edilir. Orada İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun istifadə etdiyi zirehli maşınlar, silah və təchizat da sərgilənir.

9 noyabra kimi davam edəcəkyarmarkada əldə olunan gəlirlər qazilərin və şəhid ailə üzvlərinin müraciətlərinin təmin olunması üçün "YAŞAT" Fonduna ianə olunacaq.

Fotolar: Nuran Məmmədov