Fotosessiya
Fotosessiya

“Gördüm ki, halı yaxşı deyil”

“Gördüm ki, halı yaxşı deyil”

Müğənni Zamiq Hüseynov OLAY-a Rəhim Rəhimli ilə bağlı xatirələrini bölüşüb.

Onunla son dəfə vidalaşmaq üçün evinə üz tutan Zamiq fikirlərini belə ifadə edib:

“Səhər yuxudan durandan bütün sənət aləmi şokdadır. Pozitiv, ürəyi gözəl sənətkarı itirdik. Bu, hər birimiz üçün böyük bir şok oldu. Bayaq Murad Ariflə danışanda dedi ki, o belə də getməli idi, necə hər dəfə gördüyü işlərlə  bizi şoka salırdı, indi ölümü ilə də şoka saldı. Yaxşı dost, xeyirxah adam idi. Ən son bir həftə öncə görüşmüşük. Gördüm ki, halı yaxşı deyil. Bu gün ölüm xəbərini alanda da bir həftə öncəki görüntüsü gözümün önünə gəldi, yaxşı deyildi…”