Aparıcı Samir Bayramlı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, Samir yasda başına gələn hadisəni izləyicilərlə də bölüşüb.
O, instaqramın “hekayələr” bölməsində bunları qeyd edib:
“O gün yasdayam və molla müəllim iclas edircəsinə mikrafona ancaq qışqırdı, sonra nəsə dedi, yəqin ki, Quran oxudu. Sonra durdu ayağa, fikrini şeirlə bitirdi! Bəli bəli şeirlə... Şeir “əzizimlə” deyərək başladı və “şeytan torbasını tikdi” ilə bitdi! Şeirin nəyə desəniz aidiyyatı vardı, bircə yasa yox. Əməlli-başli 3-4 bənd şeir dedi molla! Molla molla deyil, masabəyiydi, maşallah! Sonra telefonunu aldı əlinə, deyesen, TikToka girdi! Bu arada bu “mollalar” haradan gəlir, harada öyrənir, kim icazə verir, kim nəzarət edir?”.