Fotosessiya
Fotosessiya

Keçmiş xanımının ailə qurmasına reaksiyası gündəm oldu

Keçmiş xanımının ailə qurmasına reaksiyası gündəm oldu

51 yaşlı aktrisa Günay Karacaoğlu ötən gün bir müddətdir sevgili olduğu Saadettin Eskiçorapçı ilə ailə qurub.

OLAY yazır ki, sənətçi özəl günündən fotoları instaqramda izləyiciləri ilə bölüşüb.

Paylaşımlar arasında Günayın keçmiş həyat yoldaşı aktyor Şevket Çoruhun yazdığı şərh xüsusi diqqət çəkib.

Şevket sözügedən paylaşıma “Çox gözəlsiniz, xoşbəxt olun”, - deyə, əlavə edib.

Aktyorun bu addımı izləyicilər tərəfindən təqdirəlayiq hesab olunub.

Xatırladaq ki, G. Karacaoğlu və Ş. Çoruh 1993-2004-cü illər arası ailəli olub. Onların bu münasibətdən Gülenay adlı qızları var.