Britaniyalı müğənni Herri Staylesə məxsus kosmetika brend “Pleasing” rəngli kosmetika seriyasına başlayır.
OLAY yazır ki, 28 yaşlı müğənni braziliyalı modelyer Marko Ribeyro ilə birgə yaratdığı ilk makiyaj kolleksiyasını təqdim edib.
“Markonun rəngdən istifadə tərzi məni ruhlandırır – onun etdiyi hər şey əyləncə, sevinc və oynaqlıq yaradır. “Pleasing” üçün makiyaj xətti haqqında danışmağa başlayanda ağlıma gələn ilk insan Marko oldu”, - Herri Styles “Vogue”a müsahibəsində bildirib.
Məhdud seriyalı makiyaj çeşidinə göz, dodaq və ya yanaq makiyajı yaratmaq üçün istifadə oluna bilən pudra və krem şəklində çoxfunksiyalı məhsullar daxildir. Palitrada bir-biri ilə qarışdırıla bilən səkkiz rəng var. Kolleksiyaya həmçinin dırnaq laklarının yeni çalarları daxildir - qəhvəyi, narıncı, yaşıl, firuzəyi və tünd qırmızı.