“Yeşilçam”ın iki əfsanə adı Türkan Şoray və Ahmet Mekin illər sonra bir araya gəliblər.
OLAY yazır ki, onlar Bandırmadakı “Kitap Günleri” adlı tədbirdə görüşüblər.
Şoray həmin anları sosial şəbəkə hesabında paylaşıb.
Xatırladaq ki, sənətçilər 1977-ci ildə çəkilən “Selvi Boylum Al Yazmalım” filmində baş rolları canlandırıb.