Fotosessiya
Fotosessiya

“Analıq Sinemə çox yaraşdı”

“Analıq Sinemə çox yaraşdı”

Türk aktyor Kenan İmirzalıoğlu müxbirlərin suallarını cavablandırarkən səmimi açıqlamalar verib.

OLAY yazır ki, Kenan aktrisa həyat yoldaşı Sinem Kobal haqqında bunları deyib:

“Sinem möhtəşəm bir anadır, ana olmaq ona çox yaraşdı. Sinemin uşaqlara qarşı qayğısını gördükdə ona olan hörmətim daha da artır. Hazırda onun üçün ən vacib şey ana olmaqdır”.

İmirzalıoğlu, həmçinin, qızları Lalinin anasına, balaca qızı Leylanın isə ona bənzədiyini bildirib.

Xatırladaq ki, cütlük 2016-cı ildə ailə qurub.