“Dostluğumda olan bəzi “dostlar”. Statuslarınızı oxumaqdan bezdim. Özünüzə, mənliyinizə bir az hörmət edin”.
OLAY yazır ki, bu sözləri instaqramda aktrisa Oksana Rəsulova paylaşıb.
O, izlədiyi bəzi yaxınları ilə bağlı bu fikirləri qeyd edib:
“Hər kəs öz yerində, işində-gücünədir. Bir də ki, məndən ümidinizi kəsin. Bitdi, bitib, özü də çoxdan. O yazdığınız statuslar isə öz beyninizə yeridin, məndən uzaq olun. Yetər artıq! Rahat buraxın məni, bezdim”.
Oksana daha sonra yeni diqqətçəkən paylaşım edib. Sənətçi rus yazıçısı Anton Çexovun “Sevdiyin insanı tərk etmək intihardır” sözlərini statusda yerləşdirib. Rəsulova bu “story”də “Və əlavə edəcəyəm: Sevmədiyin insandan ayrılmaq yenidən doğulmaqdır” fikrini yazıb.
Xatırladaq ki, Oksana ötən günlərdə Şəhriyar Əbilovdan ayrıldığını açıqlayıb. Cütlüyün bir övladı var.