Fotosessiya
Fotosessiya

Nagehanın adıyla, Emrelinin vəsiqəsi ilə dələduzluq!

Nagehanın adıyla, Emrelinin vəsiqəsi ilə dələduzluq!

İnfluenser Nagehan Abdullayevanın adından növbəti dəfə dələduzluq edilib. 

OLAY-ın əldə etdiyi məlumata görə, onun adından istifadə edilərək saxta profillər açılıb.

Feyk hesablardan yazan şəxslər istifadəçiləri aldadaraq Nagehanın yarışı üçün vədlər veriblər.

Bu dəfə tanınmış simaların da şəxsiyyət vəsiqələrindən istifadə olunub. Onların sırasında futbolçu Mahir Emreli də yer alıb. Sözügedən şəxslər izləyicilərə hədiyyələrin xaricdən gəldiyini yazaraq, karqo pulu üçün 50 manat istəyiblər.

Qeyd edək ki, daha əvvəl də Nagehan və Fərid Abdullayevlərin yarışları ilə bağlı dələduzluq etməyə çalışıblar. Cütlük isə bu cür insanlara inanmamağı, hədiyyələri yalnız özlərinin təqdim etdiklərini bildirib.