Fotosessiya
Fotosessiya

“Ölkəmə sevgim şübhə altında ola bilməz” - Yenilənib + Video

“Ölkəmə sevgim şübhə altında ola bilməz” - Yenilənib + Video

Keçmiş Avroviziya təmsilçimiz Samirə Əfəndi müzakirə yaradan paylaşımına aydınlıq gətirilib.

Bu barədə müğənninin komandası tərəfindən OLAY-a açıqlama verilib.

Bildirilib ki, Samirə həmin statusu Azərbaycana yox, Rusiyaya ünvanlayıb:

“Paylaşımın Rusiyaya ünvanlandığı bəllidir. Bir az diqqətli olsaz, digər statusda yazılanları görərsiz”.

Qeyd edək ki, Əfəndi instaqramda “Hansısa ölkədə olmağım, siyasətini dəstəklədiyim mənasına gəlmir” sözlərini qeyd etmişdi. O, daha sonra şəhidlərimizlə bağlı paylaşım etmiş, kədərli olduğunu dilə gətirmişdi. Sosial şəbəkə istifadəçiləri onun birinci paylaşımda Azərbaycanı nəzərdə tutduğunu düşünmüşdü.

Bundan əlavə “OGAE Azərbaycan” bəyanat yayaraq Rusiyadan paylaşım edən keçmiş təmsilçilərimiz Çingiz Mustafayev və Samirə Əfəndinin ukraynalılar tərəfindən tənqid olunduğunu, onların müharibəyə dəstək verməkdə ittiham edildiyini bildirib.

***

Keçmiş Avroviziya təmsilçimiz Samirə Əfəndi müzakirə yaradan paylaşımına bir daha aydınlıq gətirib. 

Müğənni bu barədə OLAY-a video açıqlama verib.

“Moskvada olan son paylaşımım müzakirələrə səbəb oldu və bu haqda mənə müxtəlif ölkələrdən çox sayda məktublar yazdılar. Lakin mənim bu paylaşımım nə müharibəyə dəstək, nə də siyasi xarakter daşıyır. Bunu Ermənistan və Azərbaycan arasında olan münaqişəyə də yozdular. Mənim ölkəmə olan sevgim şübhə altında ola bilməz. Bu haqda hər zaman paylaşımlar da etmişəm. Hətta “Avroviziya” ərəfəsində belə aktiv paylaşımlar edib, öz ölkəmə dəstək istəmişəm. Bir daha bildirmək istəyirəm ki, Azərbaycan xalqına dəstəyim sonsuzdur, həmişə dəstəkləmişəm və dəstəkləyəcəm də. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa, bütün xalqımıza isə səbr versin. Başın sağ olsun, Vətən!”, - deyə, Əfəndi qeyd edib.