Olay
Olay

Təmsilçilərimizi ittiham edən ukraynalılara cavab

Təmsilçilərimizi ittiham edən ukraynalılara cavab

“OGAE Azerbaijan”( Avroviziya fan klub) keçmiş Avroviziya təmsilçilərimiz Samirə Əfəndi və Çingiz Mustafayevi Rusiyaya getdiyi üçün paylaşıb, müharibəyə dəstək verməkdə ittiham edən “OGAE Ukraine” ilə bağlı bəyanət yayıb.

OLAY yazır ki, açıqlamada bildirilir:

“30 ilə yaxın ərazisinin 20 faizi işğal altında olan, xalqına qarşı müxtəlif hərbi cinayətlərlə üzləşmiş bir ölkə kimi, biz, Azərbaycan xalqı və hökuməti olaraq bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləmişik. Bunlardan hər hansı birinə qarşı yönəldilmiş təcavüzün istənilən formasını qətiyyətlə pisləyirik.

Bu səbəbdən Ukraynada müharibənin ilk dəqiqələrindən Azərbaycan xalqı, o cümlədən yerli sənətçilər, həmçinin müxtəlif illərdə Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən ifaçılar Ukraynaya və onun xalqına dəstəyini açıq şəkildə bəyan etmişdilər. Lakin “OGAE Ukraine”-dən olan həmkarlarımızın bu yaxınlarda Rusiyaya səfər etmiş Çingiz Mustafayevi və Əfəndini orada çəkdikləri və sosial şəbəkələrdə paylaşdıqları şəkillərə görə müharibəyə dəstək verməkdə ittiham edən paylaşımları bizi çox üzdü. Aydındır ki, 2 milyona yaxın azərbaycanlının yaşadığı ölkəyə səfərin “aqressiyanı dəstəkləmək” kimi təqdim oluna bilməz!

Biz “OGAE Ukraine” komandasını öz paylaşımlarında daha diqqətli olmağa, siyasəti musiqi və Avroviziyadan daha üstün tutmağı dayandırmağa çağırırıq. Biz bir fan icması olaraq musiqini, dostluğu və bir-birimizə dəstəyi qeyd etmək üçün burdayıq. OGAE icması siyasi bəyanatlar platformasına çevrilməməlidir”.