Türkiyənin pop ulduzu Gülşen uzun fasilədən sonra görüntülənib.
OLAY yazır ki, ölkədən çıxışına qadağa qoyulan və ən yaxın şöbədə imza atması tələb olunan müğənni bu gün vəkili Emek Emre ilə birlikdə Levent Polis İdarəsinə gedib.
Gülşen imza atdıqdan sonra saat 14:40 radələrində polis idarəsini tərk edib.
Paparrassilər həmin an sənətçini lentə ala biliblər.