Fotosessiya
Fotosessiya

“Ata Ocağı”nda yeni simalar

“Ata Ocağı”nda yeni simalar

Xəzər TV-də yayımlanan “Ata ocağı” serialında yeni simalar olacaq.

OLAY-ın əldə etdiyi məlumata görə, Əməkdar artist Kəmalə Müzəffər ekran işinin heyətinə qatılıb.

Ötən sezonlarda yer alan Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Elman Rəfiyev, Xatirə Süleymanova da layihəyə qayıdıb.

“Ata ocağı”na aktyorlar Elşən Hacıbabayev, Kamil Nazim, Elçin Məmmədli, aktrisalar Aysel Nasir, Fidan Bayram da çəkiləcək.

Qeyd edək ki, ötən sezon serialdan Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Türkay Cəfərli, Aydan Ağazadə, Sanura Cəfərova, Şəms Allahverdiyeva, Kənan Yusifov, Yasin Həzirə, Cavidan Kəsəmənli, Corc Qafarov və Fəridə Şahbazova ayrılıb.

Onu da bildirək ki, psixoloji dram janrında olan ekran işi 2017-ci ildən yayımlanır. Həftəiçi 5 gün yayımlanan serialda baş rolları Xalq artistləri Həmidə Ömərova və Qurban İsmayılov canlandırır.