Olay
Olay

Sönməyən “Ata ocağı”...

Sönməyən “Ata ocağı”...

Xəzər TV-nin 5 sezondur maraqla izlənilən “Ata ocağı” serialının aqibəti bəlli olub. Ekran işinin bu il final edəcəyi iddia edilsə də, fərziyyələr özünü doğrultmayıb.

OLAY-ın əldə etdiyi məlumata görə, serial iyulun sonunda mövsüm finalı edəcək. Sentyabrda isə 6-cı sezona start veriləcək.

Önümüzdəki bazar ertəsi 1000-ci bölümü ekrana gəlməsi planlaşdırılan “Ata ocağı”nın bu mövsümlük çəkilişləri isə yekunlaşıb.

Qeyd edək ki, psixoloji dram janrında olan ekran işi 2017-ci ildən yayımlanır. Həftəiçi 5 gün yayımlanan serialda baş rolları Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, Əməkdar artist Mehriban Xanlarova canlandırır.

Layihədə Əməkdar artist Rəşad Bəxtiyarov, aktyorlar Mənsurə Əhmədova, Türkay Cəfərli, Ləman Mərrih, Natavan Abbasova, Yasin Həzirə, Sanura Cəfərova və başqaları da rol alır.

Qeyd edək ki, layihənin əvvəlki bölümlərində Əməkdar artistlər Sənubər İsgəndərli, Elnur Kərimov, Rasim Cəfər, Ayşad Məmmədov da çəkilib. Serialın rejissoru Rüfət Şahbazov, ssenari müəllifi isə Valeh Əhmədovdur.