Fotosessiya
Fotosessiya

Gülşen bu şərtlərlə azad olundu - Yenilənib

Gülşen bu şərtlərlə azad olundu - Yenilənib

Gülşenin ev dustaqlığına xitam verilib.

OLAY yazır ki, bu barədə qərar təsdiqlənib.

***

Ev dustaqlığı ləğv olunan Gülşenə yeni qadağalar tətbiq olunub. Belə ki, sənətçiyə ölkədən çıxış qadağandır, həmçinin, o həftədə bir dəfə Türkiyədə olduğunu təsdiq etmək üçün sənəd imzalamalıdır. 

Qeyd edək ki, Gülşen Türkiyə Cümhuriyyəti Qanunlarının 216-cı maddəsi ilə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində avqustun 25-də həbs edilib.

Çolakoğlunun vəkilinin etirazını qiymətləndirən İstanbul 27-ci Ağır Cəza Məhkəməsi 29 avqust bazar ertəsi günü onu “iqamətgahı tərk etməmək” şərti ilə azadlığa buraxılmasına qərar verib.