Fotosessiya
Fotosessiya

“Canından çox sevdiyi bayrağa bükülərək qayıtdı”

“Canından çox sevdiyi bayrağa bükülərək qayıtdı”

Əməkdar artist Aybəniz Haşımovanın şəhid həyat yoldaşı Xalid Quliyevin 60 yaşı tamam olub.

OLAY yazır ki, bu barədə Haşımova sosial şəbəkə hesabından məlumat paylaşıb.

Yoldaşının məzarını ziyarət edən sənətçi onunla bağlı xatirələrini qeyd edib: 

“Yaxından tanıyan hər kəs onun gedişinə cox üzüldü. Sanki yadların da qardaşı, oglu, atası idi. Ürəyi, əli açıq, son tikəsini hamı ilə bölən, dostuna görə ölümə belə gedən insan idi. Mərd insandı. Vəzifəsini belə qurban verdi torpağa. Əslində, çox hünərli bir addım idi və hərkəsin edə biləcəyi jest deyildi. Amma Xalid Quliyev Azərbaycan torpaqları uğrunda, onun azadlıgı naminə hec nə düşünmədən getdi və evinə canından cox sevdiyi Vətən bayrağına bükülərək qayıtdı. Xalidin bir əl çantası və onun icində bir məktub var. Orada yazır: “Evim, anam, balam, sağ ol.Özümə yeni bir ev qurmuşam. Yəqin ki, indən belə orada yaşayacam. Amma ruhum həmişə sizinlə olacaq. Sizi xalqa, xalqı isə Allaha əmanət edirəm””.

Xatırladaq ki, A.Haşımovanın Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan həyat yoldaşından yadigar qalan Aynişan adında bir qızı var.