Xalq artisti Məleykə Əsədova qızı Gülərin ad gününü təbrik edib.
OLAY yazır ki, məşhur aktrisa instaqram hesabında övladı ilə fotolarını paylaşaraq bu sözləri qeyd edib:
“Mənə analıq hissini yaşadan qızım, doğum günün mübarək. Sənin kimi mələk qızı mənə göndərdiyi üçün Allahıma nə qədər şükür etsəm azdır. 17 yaşın mübarək. Sən mənim yaşamaq eşqimsən, aldığım nəfəssən. Anamdan sonra məni həyata bağlayan qızım. Allah səni mənə çox görməsin. Sənə sağlam can, bolluca zəka, şans, uğur, universiteti sağ-salamat bitirməyi və ən yaxın dostunun ağıl olmasını arzu edirəm. Allah səni həyat yolunda mərdimazarlardan qorusun, mənim mələk simalı, ruhlu qızım. Sənin mənə dediyin kimi: səni Allaha gedən yol qədər sevirəm”.