Aparıcı Şəhriyar Əbilovla ayrılıq xəbərindən sonra gündəmdən düşməyən aktrisa Oksana Rəsulova çəki atıb.
OLAY yazır ki, bu barədə sənətçi instaqram hesabında məlumat verib. Oksana qeyd edib ki, 1 ay ərzində 5 kilo arıqlayıb və 53 kq olub. O, həmçinin çəkiliş üçün etdiyi sarı saçlarını dəyişdirərək əvvəlki imicinə qayıdıb.
Bundan əlavə, Oksana günlərdir müzakirə olunan ayrılıq mövzusuna da toxunub.
“Hər şey nə vaxtsa, yaxşı olacaq. Hər kəs- bizlər və sizlər üçün də”,- deyə Rəsulova bildirib.