Fotosessiya
Fotosessiya

“Artıq hər kəs bir-birinin kopyası olmağa başlayıb”

“Artıq hər kəs bir-birinin kopyası olmağa başlayıb”

“Saç əkdirmək, saç boyatmaq, bədən şəkilləndirmək təbiətimizə zidd olduğu kimi, individuallığımızı da əlimizdən alır. Artıq hər kəs bir-birinin kopyası olmağa başlayıb”.

OLAY yazır ki, bu sözləri tanınmış aparıcı Turan İbrahimov feysbuk hesabında bildirib.

O, fikirlərinə belə davam edib:

“Sağlamlığa zərər verməyən köklük, qarındakı yağlanma, saçların tökülməsi, keçəllik müəyyən yaşdan sonra mübarizə aparılası, utanılası bir şey olmamalıdır. Hər kəs gur, qap-qara saçlı, sıfır yağ bədənli olmaq məcburiyyətində deyil... Gənc və sağlam qalmaq hər zaman əsas hədəfimiz olmalıdır. Amma buna sağlam həyat tərzi sürməklə nail olmalıyıq, özümüzü büt edib, sitayiş etməklə yox. Kim deyib ki, normal həddə kilolu olmaq çirkinlikdi?! Kim deyib ki, seyrək saçlı, keçəl olmaq yaxşı deyil?! Normal kişi - gigiyenası yerində, səliqəli, təmiz geyimdə, ən əsası da işində-gücündə oldumu bəsdi, məncə”.