Fotosessiya
Fotosessiya

Britnidən oğluna cavab gecikmədi

Britnidən oğluna cavab gecikmədi

Xəbər verdiyimiz kimi, məşhur pop müğənnisi Britni Spirsin 15 yaşlı oğlu Ceyden Ceyms Federlayn ilk dəfə anası ilə bağlı müsahibə verib.

OLAY yazır ki, oğlunun müsahibəsindən sonra Britni instaqramda məlumat paylaşıb.

“Mən bir ana kimi ola biləcəyim ən yaxşı insan olmaq üçün əlimdən gələni etdim. Atalarının heç bir işi yoxdur, 15 ildir ona mən kömək edirəm. Bir evdə həm həbs həyatı yaşayıb, həm də narkotikin təsiri altında əlimdən gələn nə varsa, etdim. Əminəm ki, övladlarım gələcəkdə məni anlayacaqlar. Hər iki oğlumla fəxr edirəm...”, - deyə, Spirs paylaşımında vurğulayıb.

Qeyd edək ki, müsahibə zamanı Ceyden 16 yaşlı qardaşı Şon Prestonla analarının Sem Asqari ilə toyunda niyə iştirak etmədiklərindən, həmçinin Britninin hər iki oğluna bərabər sevgi göstərməməsindən bəhs edib.