Fotosessiya
Fotosessiya

Əri Pınarı makiyajsız fotosu ilə təbrik etdi

Əri Pınarı makiyajsız fotosu ilə təbrik etdi

Aktrisa Pınar Altuğ növbəti ad gününü qeyd edib.

OLAY yazır ki, sənətçinin 48 yaşı tamam olub. Onun özündən 9 yaş balaca həyat yoldaşı Yağmur Atacan bu münasibətlə paylaşım edib.

O, xanımının makiyajsız və təbii fotosunu izləyiciləri ilə bölüşüb.

“Gözəl sevgilim, yaş günü qeyd edilməyi, ən çox da sevilməyi sevir. Sevgi dolu ailəmizin kraliçası, qızım və mən yeni yaşının gözəl olması üçün əlimizdən gələni edəcəyik. Bir yaş da cavanlaşdın bu gün, Pınarım”, - deyə, aktyor bildirib.

Qeyd edək ki, cütlük 2008-ci ildə ailə qurub. Onların Su adlı qız övladı var.