Fotosessiya
Fotosessiya

“Damla özünü CeyLo ilə müqayisə edir”

“Damla özünü CeyLo ilə müqayisə edir”

Prodüser Tarix Əliyev (Tolik) müğənni Damlanın ötən gün müzakirə yaradan səhnə geyimindən danışıb. 

OLAY yazır ki, bununla bağlı o, sosial şəbəkədə şərh yazıb:

“Bura mənim evimin qarşısıdır. Bütün konsertlər belə olur. İnsanlar çox gəlir. İkinci məsələ Damlanın geyimi... Bu geyim onun bədən quruluşuna uyğun deyil. Damla yaxşı qızdır, həm saf, həm ağıllıdır. Özü də çoxbilmişlik edir. Bilir ki, belə geyinsə, hamı yazacaq konserti, yoxsa kiməsə maraqlı olmayacaq. Bir də bəzi öz aləmində stilistlər, özləri qadın alt paltarı geyinir. Damlanı da belə geyindirirlər ki, sən Cennifer Lopezsən. Amma demirlər ki, CeyLo bunu daşıya bilir. Yazıq Damlanı bu stilistlər pis günə qoydu”. 

Tolik “Azərbaycanda Hadise təsiri yaratmağa çalışır” rəyinə isə “Hadise kimdir Damla üçün? O, özünü CeyLo ilə müqayisə edir” cavabını verib.