Türk aktrisa və model Özge Ulusoy izləyiciləri ilə sual-cavab sorğusu edib.
OLAY yazır ki, bu zaman izləyicilərindən biri “sevgilinizi niyə gizlədirsiniz?”, - deyə, soruşub.
Özge isə cavab olaraq göz, nəzər dəyməsindən qorxduğunu bildirib:
“Gizlətmirəm, amma münasibətimizi camaatın gözü önündə yaşamaq da istəmirəm. Nəzər, göz, paxıl insanlar var...”
Qeyd edək ki, Ulusoy iş adamı Faruk Çolakoğlu ilə sevgilidir.