Fotosessiya
Fotosessiya

Olqa Buzova tapıldı

Olqa Buzova tapıldı

Helikopterlə dağlara uçan və gün ərzində əlaqə qurula bilməyən rus müğənni və teleaparıcı Olqa Buzova tapılıb.

OLAY yazır ki, ifaçının otellərin birində dincəldiyi məlum olub.

Bildirilib ki, dağlıq ərazidə rabitə problemi yarandığı üçün onunla əlaqə itib. Olqanı istirahət yerinə çatdıran helikopter bazaya qayıdıb.

Qeyd edək ki, ötən günlərdə Buzovanın PR meneceri Anton Boqoslavski onun itkin düşdüyünü açıqlamışdı.