Fotosessiya
Fotosessiya

Murat keçmiş xanımının tərəfini tutdu

Murat keçmiş xanımının tərəfini tutdu

Bir müddətdir sosial şəbəkələrdə tənqid olunan türk aktrisa Merve Boluğura keçmiş həyat yoldaşı Murat Dalkılıç dəstək olub.

OLAY yazır ki, sənətçi bu barədə instaqram hesabında paylaşım edib.

O bildirib ki, Merve öz istədiyi kimi yaşamaqda sərbəstdir:

“Keçmiş xanımım Mervenin azad şəkildə istədiyini etməsinə siz hansı haqla “bu qız dəli oldu” deyə bilərsiz? Düşünün ki, onun ətrafı bunları hər gün görür.
Sizin bu atmacalarınız ilə bir insanın nə qədər üzüləcəyinin fərqindəsiz? Nə qədər təhlükəli olduğunuzu dərhal anlayıb, bu işə son verməyinizi arzu edirəm.  Bu söz-söhbətlərin mənimlə olan münasibətinə gəldikdə isə... Üstündən nə qədər vaxt keçib. Zarafat etdiyinizi düşünürdüm. Amma hər gün  nifrət dolu mesajlar qəbul edirəm. Buna görə də açıqlama vermək məcburiyyətində qaldım. Heç vaxt özümü haqlı çıxarmağa çalışmadım. Merve nə olursa olsun, ailəmin soyadını daşıdı. Bizim ayrılma səbəbimizi bir gün Merve istəsə, açıqlayar. İndi isə icazə verin, öz həyatımızı istədiyimiz şəkildə yaşayaq”.