Fotosessiya
Fotosessiya

Tubadan aktrisalığına irad bildirənlərə cavab

Tubadan aktrisalığına irad bildirənlərə cavab

Türk aktrisa Tuba Büyüküstün aktrisalığını tənqid edənlərə münasibət bildirib.

OLAY yazır ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, heç vaxt özünü tərifləməyib:

“Mən bu günə qədər özüm haqqında “Mən belə biriyəm”, “Məndən yaxşısı yoxdur” deməmişəm. Əgər elə başa düşmüsüzsə bağışlayın. İnkişaf etməyə davam edirəm. Sabah özümlə əlaqəli başqa cümlələr quracağımdan əminəm”.

Qeyd edək ki, aktrisanın “Zeytin ağacı” serialındakı performansı bəzi izləyiciləri və həmkarları tərəfindən bəyənilmirdi. Belə ki, Tubanın rolunu süni və ruhsuz canlandırdığını bildirirdilər.