Türk müğənni Demet Akalının ötən gün yayımlanan görüntülərinə aktrisa Müjde Ar münasibət bildirib.
OLAY yazır ki, sənətçi bu barədə tvitter hesabında fikirlərini bölüşüb.
O bildirib ki, Demetin klub işçisinə qarşı olan davranışı düzgün deyil:
“Bağışla Demet Akalın. Amma insanlar çörək pulu üçün çalışır. Biabır olmaq üçün yox. Sən də orda pul qazanmaq üçün olmusan. Eyni hərəkəti sənə etsəydilər necə olardı? Videonu paylaşmayacam. Kaş ki, izləməzdim. Çox utandım”.
Qeyd edək ki, D. Akalın səhnə aldığı klubda işçinin başına şampan töküb. Bu anları OLAY görüntüləyib.