Türkiyənin pop ulduzu Demet Akalın ötən gün yayılan görüntülərinə görə “Twitter”də trend olub.
OLAY yazır ki, o, tənqid olunan şampan videosu ilə trendlərdə birinci yerdir. Belə ki, bir çox istifadəçi Akalın haqda paylaşım edərək ona irad bildirir, bu hərəkətinin düzgün olmadığını yazır.
Qeyd edək ki, sənətçi səhnə aldığı klubda işçinin başına şampan töküb. Bu anları OLAY görüntüləyib.