Tanınmış türk aktrisa Amine Gülşe və futbolçu həyat yoldaşı Mesut Özil zinət əşyaları markası yaradıb.
OLAY yazır ki, cütlük brendin reklam çəkilişləri üçün Hollivud ulduzu Zendayaya təklif göndərib.
Onlar sözügedən çəkilişlər üçün aktrisaya 3 milyon dollar (təxminən 5.1 milyon manat) ödəyəcək.