“Hörümçək adam” seriyasının növbəti filmi “Evə dönüş yoxdur”un premyerası keçirilib.
OLAY yazır ki, gecədə həm ekran işində, həm də real həyatda sevgili olan aktyorlar Tom Holland və Zendaya diqqət çəkib.
Cütlük ayaqqabılarını “Christian Louboutin”dan geyinsə də, libas üçün Zendaya “Valentino”ya, Tom isə “Prada”ya müraciət edib.
Gecəyə Marisa Tomey, Benedikt Vong, CeyKey Simons, Ceymi Foks, Korrin Foks, Uillem Dafo və başqaları qatılıb.
Məşhurlar bir-birindən fərqli libasları ilə rəngarəng görüntü sərgiləyiblər.