Fotosessiya
Fotosessiya

Emilia Klark xəstəliyindən danışdı

Emilia Klark xəstəliyindən danışdı

“Game of Thrones” serialının ulduzu Emilia Klark 2011 və 2013-cü illərdə beyin anevrizmasından əziyyət çəkib. 

OLAY yazır ki, sənətçi illər sonra bu barədə danışıb:

“Beynimin bəzi bölgələri hələ də qeyri-işləkdir. Yaşamağım möcüzə kimidir. Bu xəstəliyi iki dəfə keçirdən birinin danışa bilməsi qeyri-mümkündür. Bu cür təhlükədən sağ çıxa bilən yeganə insanlardan biriyəm”.

Qeyd edək ki, E. Klark “Game of Thrones” serialının 3-cü sezonunun çəkilişləri zamanı beynindən əməliyyat olunmuşdu. İki dəfə ölümdən dönən aktrisa başına gələnləri “A battle for my life” adlı məqaləsində toplayıb.