Ece Erken ötən ilin iyununda qətlə yetirilən həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun qardaşı Celalla qalmaqal yaşayıb.
OLAY yazır ki, sənətçi bu barədə İnstaqramda yazıb:
“Qardaşının malına-dövlətinə çökmüsən, qatillərin izinə 1 saniyə belə düşmədin, mənim qapımın önündəki kamera görüntülərini hansı haqla almısan? Aldır!
Şafakın bir mikroavtobuzu qalıb, o da məndə deyil. 500 min verim, susun, Şafaka da dua edin. 40-nı belə keçirmədiniz. Rəbbim kim nəyə layiqdirsə, onu yaşatsın!”.
Qeyd edək ki, E.Erken həyat yoldaşının mirasını rədd edib.