Fotosessiya
Fotosessiya

“Kodak Black” həbs olundu

“Kodak Black” həbs olundu

“Kodak Black” səhnə adı ilə tanınan reper Bill Kahan Kaprin polis tərəfindən saxlanılıb.

OLAY yazır ki, buna səbəb sənətçinin avtomobilinin şüşələri qanunla nəzərdə tutulmuş limitdən daha tünd rəngə boyanması olub.

Floridada ifaçını saxlayan səlahiyyətlilər avtomobilin lisenziyasının bitdiyini bildiriblər. Daha sonra polis maşının içərisində axtarış aparıb və narkotik, reseptlə satılan dərmanlar və pul olan kiçik çanta tapıb.

Saxlanılan reper daha sonra həbs edilib.