2003-2012-ci illərdə yayımlanan, uşaqların sevimli seriallarından biri olan “Sihirli Annem”in Betüşü, aktrisa İnci Türkayın fotosu müzakirələrə səbəb olub.
OLAY yazır ki, Türkay sosial media hesabında 50-ci yaşını qeyd etməsi ilə bağlı şəkil paylaşıb. İzləyiciləri sənətçinin heç qocalmadığını, tərzinin hələ də eyni qaldığını bildiriblər.
Qeyd edək ki, İnci bir neçə ildir ki, həyat yoldaşı Atilla Saral ilə İngiltərədə yaşayır. A. Saral əvvəllər modellik fəaliyyəti ilə məşğul olub.