Türk aktrisa Begüm Kütük “Covid-19” virusuna yoluxub.
OLAY yazır ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Begüm ailəsi və yaxınlarından da bir çox insanın koronavirusa yoluxduğunu bildirib. Hal-hazırda istirahətdə olan aktrisa apteklərdə tibbi maska və dərman tapılmamasından gileylənib: “Burda hərkəs koronadır. İnsanlar iç-içə gəzir. Nə maska tapa bilirik, nə də ki, dərman. Bu problemlərin axırı necə olacaq?”