Bir müddət əvvəl “Şşşşttt” mahnısını yayımlayan aktrisa Merve Boluğur yeni açıqlaması ilə gündəmə gəlib.
OLAY yazır ki, sənətçi bundan sonra aktrisalıq etməyəcəyini bildirib: “Filmlərə çəkilmək istəmirəm. Musiqi aləmi məni həyəcanlandırdı. Ürəyimin səsini dinləyirəm”.
Merve müğənni Yıldız Tilbenin səhnəsindəki ifasını tənqid edənlərə də cavab verib: “Bəzi insanlar məni pisləyərək bu həvəsimi söndürmək istəyir. Çox üzücü bir haldır. Həmçinin, mən düşünürəm ki, konsertdəki videolarda səsimlə oynayıblar. Səsimin ahəngini bəyənirəm”.