Dünyaca məşhur yazıçı Xalid Hüseyninin oğlu cinsiyyətini dəyişib.
OLAY yazır ki, bu barədə o, özü instaqramda məlumat yayıb.
Yazar deyib ki, 21 yaşlı oğlu ilə qürur duyur:
“Mən Harisin hansı çətinliklərdən keçdiyini bilirəm. Bu çox mürəkkəb işdir. Lakin Haris hər çətinliyi müdrikliklə qarşıladı. Mən bir ata kimi onunla fəxr edirəm. Artıq iki gözəl qızım olduğu üçün şadam. Onun qorxmazlığından, özünün əsl şəxsiyyətini dünya ilə bölüşmək cəsarətindən ilham alıram. O, mənə və ailəmizə cəsarətlə bağlı çox şey öyrətdi. Bilirəm ki, bu proses onun üçün ağrılı və kədərli oldu. O, transların hər gün məruz qaldığı qəddarlıqdan da xəbərdardır. Amma Haris güclü və qorxmazdır. Mən qızımı sevirəm. Ailəmiz kimi mən də onun hər addımında yanında olacağam”.