Fotosessiya
Fotosessiya

Xatirə onu qınayanlara cavab verdi

Xatirə onu qınayanlara cavab verdi

Müğənni Xatirə İslam onu bir neçə gün əvvəl dediyi ““Mercedes”in puluna bilet almışam, səs küyə baxın” ifadələrinə görə tənqid olunub.

OLAY yazır ki, ifaçı ona irad bildirənlərə instaqram hesabında paylaşdığı postla cavab verib. Xatirə posta “Allah burada olan gözəl qəlbli insanları qorusun. Aramızda məsləhət verməyi sevən ağılsız, savadsız, dünya görüşü sıfırın altında olan və həyatını “qoyun” kimi yaşayanlar təəssüf ki, çoxdur.

Bu aqressiya isə yalnız sənət adamlarınadır. Həzmə kömək edən dərmanlar için, sakitləşdiricidən istifadə edin. Bu gündən şərh bölümünü bağlamağa qərar verdim”, -deyə, yazıb.

Şahanə Paşa