Fotosessiya
Fotosessiya

“Həm qardaşıma, həm də mənə ev verilib”

“Həm qardaşıma, həm də mənə ev verilib”

Aktyor Corc Qafarov dövlət tərəfindən mənzillə təmin olunması haqda danışıb. 

Bu barədə sənətçi OLAY-a açıqlama verib. C. Qafarov deyib ki, ev üçün 1 il əvvəl müraciət edib:

“Xəbəri eşidəndə təəssüratlarım gözəl oldu. Dövlət himayəsində böyüyüb, məzun olmuşuq, adıma əmlak olmadığı üçün bir mənzil ayrıldı. Bir il əvvəl müraciət etmişdim. Dörd ay sonra qardaşıma ev verildi, indi də mənə”.

Aktyor sosial şəbəkələrdə mövzu barədə onamənfi şərh yazanlardan da söz açıb:

“Tənqidlərə münasibətim normal olur. Üzdə olan insanlara hər zaman həm tənqid, hm də tərif  yazanlar ola bilər. Bu normaldır”.