“Bir insanı tanımaq üçün ofisianta necə yaxınlaşdığına, köhnə hekayələrindən bəhs edərkən hal və hərəkətinə, keçmişiylə bağlı fikirlərinə, başqaları üçün nə qədər sevindiyinə, birinin qüssəsinə nə qədər üzüldüyünə baxmaq kifayət edər.”
OLAY yazır ki, bu sözləri müğənni İradə İbrahimova öz instagram hesabında paylaşıb.
O, son dövrlərdə gördüyü bəzi xarakterləri analiz edib və insanlardan gileylənib: “İstədiyi qədər savadlı, gözəl olsun, olsun, dünyanı gəzsin, heyvanları sevsin, kitablar oxusun. Mənim üçün kal meyvədən bir fərqi yoxdur. Sadəcə meyvələr deyil,insanlar da yetişmir və kal qalır. Ətrafımızdakı insanları insana xas olan xüsusiyyətlərinə və davranışlarına görə seçməliyik.”
Paylaşımının sonunda müğənni, şairə Xanım İsmayılqızıdan da sitat gətirib: “Ədəbiyyat yaradan da-ədəbsiz, mədəniyyətə xidmət edən də-mədəniyyətsiz, incəsənət aləmində olan da-hədsiz, keyfiyyətdən dəm vuran da-keyfiyyətsiz ola bilir”.
Şahanə Paşa