Aktrisa Zarina Qurbanova Balkan ölkələrinə istirahətə yollanıb.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda paylaşımlar edib. Zarina, əvvəlcə Bosniya və Herseqovinaya gedib, daha sonra Çernoqoriyada tətilini başa çatdırıb.
Aktrisa turistik Budva şəhərində olarkən etiraf da edib. O qeyd edib ki, dənizdə üzmə fobiyası var: “Guya cəsarətimi toplayıb ayağa qalxdım ki, dənizdə üzmək fobiyama qalib gəlim. 15 saniyədə əl-ayağım necə əsdisə, qorxudan hələ də başım ağrıyır”.