Fotosessiya
Fotosessiya

Rəfiqəsinin keçmiş əri ilə sevgili olubmuş...

Rəfiqəsinin keçmiş əri ilə sevgili olubmuş...

Bu gün sevgili olduqları açıqlanan İsmail Hacıoğlu və Aslıhan Gürbüzlə bağlı maraqlı fakt üzə çıxıb.

OLAY yazır ki, məlum olub ki, Aslıhan İsmailin keçmiş xanımı Vildan Ataseverlə rəfiqə olub.

Aktrisalar “Muhteşem Yüzyıl: Kösem” serialında birgə rol alıblar. Onların sosial şəbəkə hesablarında birlikdə çəkilən fotoları da qalmaqdadır. 

Qeyd edək ki, Vildanla İsmail 2010-cu ildə evlənib, 2015-ci ildə boşanıblar. İsmail daha sonra Duygu Kaya Kumarki ilə nikah bağlayıb, cütlüyün bir qız övladı dünyaya gəlib. Vildan isə hazırda müğənni Mehmet Erdemlə evlidir.